Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
== Məzmun ==
Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur.
== Film haqqında ==
Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.